- Baxış sayı: 38
- 18 Aprel 2025 23:58
- Baxış sayı: 103
- Aprel 14, 2025
- 0
Qadın futbolçulardan ibarət Azərbaycan millisi millətlər liqasında növbəti qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, “C” liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun yetirmələri “Dalğa arena”da Monteneqronu 3:0 hesabı ilə məğlub ediblər.
Ukraynalı hakim Anastasiya Romanyukun idarə etdiyi görüşdə yığmanın qollarını 58-ci dəqiqədə Manə Mollayeva, 62-ci dəqiqədə Nazlıcan Parlak, 84-cü dəqiqədə isə Ayşən Əhmədova vurublar.
Qeyd edək ki, millimiz 4-cü turdan sonra 10 xalla qrup lideridir. İkinci pillədəki Monteneqronun hesabında 6 xal var. Komandamız millətlər liqasında növbəti oyununu dekabrın 1-də səfərdə Kipr yığmasına qarşı keçirəcək.