- Baxış sayı: 37
- 17 Dekabr 2025 10:00
- Baxış sayı: 151
- Dekabr 16, 2025
- 0

Azərbaycan voleybol federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa voleybol konfederasiyasının (CEV) idarə heyətinin üzvü Cəlil Cəfərov beynəlxalq yarışda CEV rəsmisi olaraq iştirak edib.
Allsport.az xəbər verir ki, Cəfərov Albaniyada təşkil olunan 16 yaşadək qızların Avropa çempionatının final mərhələsində hakimlərin və supervayzerin işini qiymətləndirib.
Cəfərov mükafatlandırma mərasimində iştirak edərək ən yaxşı oyunçuya və qalib komandaya kubok təqdim edib.
Yarışda Polşa birinci, Türkiyə ikinci, İtaliya isə üçüncü yeri tutub.