- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 21
- May 11, 2026
- 0

Beynəlxalq dərəcəli hakimimiz Zaur Hacıyev Avropa voleybol konfederasiyası (CEV) tərəfindən növbəti dəfə beynəlxalq turnirə təyinat alıb.
Allsport.az xəbər verir ki, Hacıyev 18 yaşadək oğlanlar arasında keçiriləcək şərqi Avropa voleybol zonal assosiasiyasının (EEVZA) çempionatında hakimlik edəcək. Yarış 20–23 noyabrda Latviyanın Daugavpils şəhərində baş tutacaq. Turnirdə Azərbaycan, Gürcüstan, Ukrayna, Estoniya, Latviya və Polşanın komandaları mübarizə aparacaq.