“Qarabağ” “Levski” ilə matça hazırdır

Türkiyədə təlim-məşq toplanışında olan “Qararabağ” məşqlərini davam etdirir. Allsport.az xəbər verir ki, Antalyada təlim-məşq toplanışında olan komandanın proqramında bu gün 2 məşq vardı.

Ağdam təmsilçisi səhər məşqinə ənənəvi vaxtında yollanıb. Daha çox fiziki yükləmələrlə yadda qalan məşq 90 dəqiqə davam edib. Komandanın 2-ci məşqi yerli vaxtla 17:00-da (Bakı vaxtıyla 19:00) baş tutub.

Qeyd edək ki, “Qarabağ” sabah növbəti yoxlama oyununa çıxacaq. Rəqib Bolqarıstam təmsilçisi “Levski” olacaq. Oyun Bakı vaxtıyla 19:30-da start götürəcək.

Həmin kateqoriyadan