“Qarabağ” və “Neftçi” 4000 manat cərimələndi

AFFA intizam komitəsi “Qarabağ”ı və “Neftçi”ni 4000 manat məbləğində cərimələyib. Allsport.az saytı xəbər verir ki, buna hər 2 klubun azarkeşlərinin 8ci turda Azərbaycan derbisində təhqiramiz ifadələr işlətməsi səbəb olub.

“Səbail”in futbolçusu Qustavo de Fransaya bir oyunluq cəza verib. 26 yaşlı müdafiəçi “Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. “Dənizçilər” bunun üçün 200 manat ödəyəcək.

“Sumqayıt”a 1600 manat məbləğində cərimə kəsilib. “Gənclik şəhəri” təmsilçisinin fanatları “Kəpəz”lə qolsuz heç-heçə etdikləri matçda meydana kənar əşyalar atıb. Gəncə klubu isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat məbləğində cərimə olunub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish