“Qarabağ” və “Olimpiakos” rəsmiləri bir arada

“Qarabağ” və “Olimpiakos”un Avropa liqasında oyunları arxada qaldı. Allsport.az saytı xəbər verir ki, bu görüşlərdə “köhlən atlar” 4 xal qazana bildi (3:0, 0:0). UEFA-nın protokol qaydasına əsasən, hər matç öncəsi qonaq komandanın nümayəndələrinin rəsmilərinin şərəfinə rəsmi nahar və şam yeməyi təşkil olunur.

Bakıdakı restoranlardan birində belə görüşdə Ağdam və Pirey klublarının üzvləri bir araya gəliblər. Görüşdən şəkilləri özünün İnstaqram səhifəsində “Qarabağ”ın baş meneceri Asif Əsgərovla paylaşıb. O, təmsil etdiyi klub adından xatirə hədiyyəsini “Olimpiakos”un rəsmisi, Fransa millisinin heyətində dünya çempionu olmuş Kristian Karamböyə təqdim edib.

Eyni zamanda Pirey təmsilçisi də tərəfindən də “Qarabağ”a hədiyyə verilib.

Həmin kateqoriyadan