- Baxış sayı: 32
- 10 İyul 2025 22:05
- Baxış sayı: 180
- İyul 10, 2025
- 0
Azərbaycan kubokunda 1/4 finalın ilk görüşləri sona yetib. Allsport.az saytı xəbər verir ki, 2-ci oyun günündə “Qəbələ” öz meydanında “Səbail” klubunu qəbul edib.
Qarşılaşmanın taleyini bir qol həll edib və meydan sahibləri qalib gəliblər. “Qara-qırmızılar”ın kapitanı Cavid Hüseynov matç ərzində 11-metrlik cərimə zərbəsindən yararlana bilməyib.
Digər matçda ölkə kubokunun son qalibi “Qarabağ” Bakıda “Sumqayıt”ı qəbul edib. Bu oyunda hesabı qonaqlar açsa da, fasilədən sonra təzyiqi daha artıran Ağdam klubu 2 qol vuraraq qələbə qazanıb.