“Qarabağ” və “Neftçi”nin veteranları sülh bağladılar

Azərbaycan Kubokunun sabah keçiriləcək “Qarabağ”la “Neftçi” arasındakı final oyunu öncəsi bu gün iki klubun veteran futbolçuları üz-üzə gəliblər. Allsport.az xəbər verir ki, 1996-cı ilin ölkə kubokunun finalçıları bu dəfə Qəbələdə şou xarakterli qarşılaşmada qüvvələrini sınayıblar.

Həmin vaxt “Neftçi” 3:0 hesabıyla üstün olmuşdu. Bu gün baş tutan yoxlama oyununda isə tərəflər 1:1 hesablı heç-heçəyə razılaşıblar. 42-ci dəqiqədə Xaqani Məmmədov fərqlənib. 50-ci dəqiqədə isə Kənan Kərimov hesabı bərabərləşdirib.

Qeyd edək ki, oyun 25 dəqiqədən ibarət iki hissə olmaqla keçirilib.

“Qarabağ”: Cəmaləddin Əliyev, Səttar Əliyev, Elşad Əhmədov, Tərlan Əhmədov, Elşad Xudadatov, Təbriz Həsənov, Yaşar Hüseynov, Müşviq Hüseynov, Mahir Əliyev, Zaur Qarayev, Aslan Kərimov, Elmir Xankişiyev, Kənan Kərimov, Nazim Əliyev, Vadar Nuriyev, Emin Salmanov, Mehman Alışanov.
Baş məşqçi: Ağasəlim Mircavadov.

“Neftçi”: Elxan Həsənov, Arif Əsədov, Mehman Yunusov, Rasim Abuşov, Mais Əzimov, Yaşar Vahabzadə, İlham Məmmədov, Samir Ələkbərov, Aydın Ələkbərov, Vidadi Rzayev, Bəxtiyar Musayev, Fizuli Məmmədov, Xaqani Məmmədov, İlham Yadullayev, Əli Abışov.
Baş məşqçi: Böyükağa Ağayev.

Həmin kateqoriyadan