“Qarabağ” “Yanq Boyz”u səfərdə məğlub etdi

Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “Qarabağ” da beynəlxalq arenada növbəti sınağına çıxıb.

Xatırladaq ki, son Azərbaycan çempionu bu mövsüm Avropa macərasına UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlayıb. Ağdam klubu Çernoqoriyanın “Rudar” klubu ilə Bakıdakı görüşdə qolsuz heç-heçəyə razılaşsa da, səfərdə 1:0 hesablı qələbə sayəsində tur adlamışdı. ÇL-in üçüncü təsnifat mərhələsində isə Qurban Qurbanovun komandası Şotlandiyanın “Seltik” klubuna uduzdu (səfərdə 0:1, evdə 0:0) və hazırda Avroliqanın pley-offunda mübarizə aparmaq məcburiyyətində qalıb.

Ağdamlıların pley-off mərhələsindəki rəqibi də ciddi komandadır. “Qarabağ” bu mərhələdə İsveçrə “Yanq Boyz”unu mübarizədən kənarlaşdırmalıdır. Qurban Qurbanovun komandası səfərdə baş tutab ilk oyunda sərfəli nəticə qazanmaq istəyindəydi. Xoşbəxtlikdən, ağdamlılar çətin səfərdən sərfəli nəticə ilə qayıtmağı bacarıblar. Hər halda Berndə qazanılan minimal hesablı qələbədən sonra komandamızın tarixində ikinci dəfə, özü də ardıcıl olaraq Avroliqanın qrup mərhələsində oynamaq şansı çox yüksəkdir.

Avropa Liqası
Pley-off mərhələsi (ilk oyunlar)
20 avqust

23:00. “Yanq Boyz” – “Qarabağ” – 0:1 (0:0)
Qol: R.Almeyda, 67 (0:1).
Sarı vərəqə: R.Almeyda, 58. L.Bertone, 70. Reynaldo, 77.
Hakimlər: Vladislav Bezborodov, Nikolay Qolubev, Maksim Qavrilin, Aleksey Eskov (Rusiya).
Bern. “Stad de Suisse”.

“Yanq Boyz”: 18. Yvon Mvoqo, 4. Milan Vilotiç, 5. Stiv fon Bergen (k), 8. Yan Leçyaks, 23. Skott Satter, 6. Leonardo Bertone (28. Denis Zəkəriyyə, 80), 7. Miraləm Süleymani, 14. Milan Qayiç, 29. Rafael Nutsolo (30. Aleksandr Qonsales, 69), 31. Yuya Kubo (20. Haris Tabakoviç, 85), 99. Giyom Oaro.
Ehtiyat oyunçular: 1. Marko Volfli, 3. Florent Haderqyonay, 22. Qreqori Vyutrix, 77. Samuel Afum.
Baş məşqçi: Harald Qamperle.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 10. Dani Kintana (91. Coşqun Diniyev, 76), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 67. Əlhərbi Əl Jadeyui (32. Elvin Yunuszadə, 87), 77. Cavid Tağıyev (22. Əfran İsmayılov, 80), 9. Reynaldo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 29. Raydell Pupon.
Baş məşqçi: Qurban Qurbanov.

Həmin kateqoriyadan