“Qarabağ” yenə də UEFA reytinqində ən yaxşı təmsilçimizdir

UEFA Avropa klublarının yeni reytinq siyahısını açıqlayıb. Allsport.az xəbər verir ki, Azərbaycan bu siyahıda yenə 7 klubla təmsil olunur.

Ən yaxşı göstəriciyə malik klubumuz “Qarabağ”dır. Son ölkə çempionu 11.650 reytinq xalı ilə 133-cü pillədə qərarlaşıb.

“Neftçi” 9.400 reytinq xalı ilə 159-cu yerdə gedir. “İnter” isə 5.150 xalla 252-ci sırada yer alıb.

“Qarabağ”la birgə bu mövsüm Avropa Liqasında mübarizəni davam etdirən “Qəbələ” irəliləyişə nail olub. Belə ki, bölgə təmsilçisi hazırda 4.400 xalla 279-cu pilləyə yüksəlib.

“Xəzər Lənkəran” 4.150 xalla 288-cidir. 2.900 reytinq xalı olan AZAL və “Bakı” isə 347-ci pilləni bölüşürlər.

Sonda onu da qeyd edək ki, Avroliqanın pley-off mərhələsi çərçivəsində “Qarabağ”ın rəqibi olan İsveçrənin “Yanq Boyz” klubu 23.915 xalla 80-ci sırada qərarlaşıb. “Qəbələ”nin rəqibi – Yunanıstan “Panatinaikos”u isə 14.300 xalla 113-cüdür.

Həmin kateqoriyadan