- Baxış sayı: 34
- 26 İyul 2024 21:04
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Premyer liqanın 24-cü turunda “Sumqayıt” səfərdə “Qarabağ”a 0:2 məğlub olub. Allsport.az xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Samir Abbasov yenilgiyə aydınlıq gətirib:
“”Qarabağ”ı həm bu, həm də bundan qabaqkı avrokuboklardakı möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Danışılası bir şey yoxdur, uduzduq. Uduzduğumuz komandanın gücü bəllidir. Udmaq üçün nəsə etməyə çalışdıq.
“Qarabağ”a uduzanda belə, futbolçuların üstünə çox getmək olmur. Növbəti matçlara hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik”.