- Baxış sayı: 36
- 09 Mart 2026 23:52
- Baxış sayı: 296
- Mart 05, 2026
- 0

“Qarabağ”ın çempionlar liqasının 2024/25 mövsümündə keçirəcəyi ilk ev oyununun təyinatları açıqlanıb.
Allsport.az xəbər verir ki, Azərbaycan çempionunun II təsnifat mərhələsində “Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibinə qarşı keçirəcəyi cavab görüşündə ədaləti Ukraynadan olan hakimlər qoruyacaq.
İyunun 30-da baş tutacaq matçın baş hakimi Viktor Kopiyevski olacaq. Ona həmyerliləri Semyon Şlonçak və Vladimir Visotski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Dmitri Pançişin yerinə yetirəcək.