- Baxış sayı: 39
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

“Qarabağ” yeni transferini rəsmiləşdirib.
Allsport.az xəbər verir ki, Ağdam təmsilçisi kolumbiyalı futbolçu Kamilo Duranı heyətinə qatıb.
23 yaşlı cinah yarımmüdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. O, “köhlən atlar”da 17 nömrəli köynəklə çıxış edəcək.
Kolumbiyada “İndependente Medelyin” və Braziliyada “Flamenqo”nun gənclərdən ibarət komandalarında çıxış edən Kamilo Duran Portuqaliyaya transfer olunub. O, “Eştrela”nın U-23 komandasında, “Lusitaniya” və “Portimonense”də forma geyinib. Hücumçu Kolumbiyanın U-20 millisinin də üzvü olub.