“Qarabağ”ın ev oyunları yenidən “Tofiq Bəhramov” stadionunda

“Qarabağ” premyer liqada ev oyunlarını bir müddət “Azərsun arena”da keçirə bilməyəcək. Allsport.az saytı xəbər verir ki, stadionun ot örtüyündə renovasiya işləri aparılır.

Buna görə də Ağdam klubu növbəti bildirişə qədər ev oyunlarını Tofiq Bəhramov adına respublika stadionunda keçirəcək.

“Köhlən atlar” növbəti ev oyunununda 6 noyabrda “Kəpəz”i qəbul edəcək. Komanda ötən mövsümlərdə də yerli çempionatda bəzi ev matçlarını mərkəzi arenada keçirib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish