“Qarabağ”ın qapıçısı: “Qarşıdakı müddətdə inkişaf etməliyik”

“Qarabağ”ın qapıçısı Fabiyan Buntiç açıqlama verib. saytımıza açıqlama verib. Allsport.az saytı xəbər verir ki, bu yay transfer edilən qolkiper keçidi və klubumuz barədə fikirini bölüşüb: “Burada olduğuma görə çox şadam. Komandanı çox bəyənirəm, burada keyfiyyət yüksəkdir. “Qarabağ” karyeram üçün mükəmməldir. Klubda çalışanlar çox gözəl iş görürlər.

Ötən mövsümdəki uğurlu nəticələr bundan xəbər verir. Mən də bu komandanın bir parçası olmaq istəyirəm. Yeni komanda yoldaşlarım əladır, bir neçə dil bildiyim üçün onların çoxu ilə ünsiyyət qururam. Bu komanda ilə hər şey uğrunda mübarizə aparmaq olar. Biz hələ yeni mövsümün başlanğıcındayıq, qarşıdakı müddətdə inkişaf etməliyik.

Oyunların startını səbirsizliklə gözləyirəm. Yüz faiz səy göstərməliyik. Bakı da çox gözəl şəhərdir, inkişaf edir. Müxtəlif mədəniyyətləri sevirəm. Bura mənim üçün gözəl yerdir. Çox xoşbəxtəm və inanıram ki, gələcəkdə də eyni hisslərlə davam edəcəyik”.

Həmin kateqoriyadan