- Baxış sayı: 34
- 09 Mart 2026 23:52
- Baxış sayı: 296
- Mart 05, 2026
- 0

Türkiyəli mütəxəssis Göydəniz Qaradəniz müqavilə müddətinin başa çatması ilə əlaqədar “Rubin-2” klubunun baş məşqçisi vəzifəsindən istefa verib.
Allsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq onun köməkçisi Andrey Fyodorova tapşırılıb. 46 yaşlı mütəxəssis 2023-cü ilin iyulundan rəhbərlik etdiyi komanda ilə II liqada iki dəfə bürünc medallara sahib çıxıb.
“Rubin-2” Qaradənizin məşqçilik karyerasında ilk klubu idi. O, futbolçu karyerasını 2018-ci ildə, 10 il şərəfini qoruduğu “Rubin”də başa vurub.