Qara Qarayev “Malaqa”nın qələbəsində pay sahibi oldu

“Malaqa” klubuna transfer olunan Azərbaycanın gənclərdən ibarət yığma komandasının futbolçusu Qara Qarayev İspaniya klubunun heyətində növbəti matçını keçirib. Allsport.az xəbər verir ki, Qarayev bu klubun U-19 komandasının “San Anders”lə yoxlama görüşündə forma geyib.

Gənc futbolçumuzun vurduğu bir qol və verdiyi məhsuldar ötürmə hesabına “Malaqa” bu qarşılaşmadan qalib ayrılıb – 2:0.

Qeyd edək ki, Qara daha öncə “Real Betis”lə keçirilən yoxlama matçının ikinci hissəsində meydana çıxmış və 1 qol vurub, 1 məhsuldar ötürmə vermişdi.

Xatırladaq ki, “Əlincə”nin yetirməsi olan Qara Qarayev bu yayın əvvəlində “Malaqa”ya transfer olunub.

Həmin kateqoriyadan