- Baxış sayı: 34
- 25 Mart 2026 20:26
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0

“Çelsi” “Mançester Yunayted”in hücumçusu Alexandro Qarnaçonun transferi üzərində daha fəal işə başlayıb.
Allsport.az xəbər verir ki, londonlular danışıqları intensivləşdirib.
Qeyd olunur ki, argentinalı özü yalnız “Çelsi”yə keçmək istəyir və artıq klubla şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Ötən mövsüm Qarnaço premyer liqada 36 matçda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.