“Qvardiola futbol tarixinin ən yaxşı məşqçisidir. Amma indi danışmırıq”

“Mançester Siti”nin sabiq futbolçusu Benjamin Qarre “şəhərlilər”in ötən mövsümdəki uğurlarından danışıb və qeyd edib ki, hazırda Mançester klubunun baş məşqçisi Xosep Qvardiola ilə əlaqə saxlamır.

Allsport.az xəbər verir ki, 2022/23 mövsümündə “Siti” çempionlar liqasını, Ingiltərə premyer liqasını və ölkə kubokunu qazanaraq, treblini tamamladı.

“İndi əlaqə saxlamırıq. O, çox önəmli və güclü şəxsiyyətdir. Məncə, Qvardiola hazırda dünyanın və bəlkə də futbol tarixində ən yaxşı məşqçidir. Onun fikrini yayındırmaq istəmədiyim üçün ünsiyyət qurmuruq. Bunu etməkdən bir az narahatam.

Amma mən onun üçün çox xoşbəxtəm. O, kuboklar aldı və uzun illər çempionatda dominantlıq etdi. Mən çox şadam ki, o komandada idim” – Qarre deyib.

Həmin kateqoriyadan