“Qarşıda finala bərabər 2 oyunumuz var”

Premyer liqanın 34-cü turunda “Zirə” evdə “Turan Tovuz”a 0:1 uduzub. Allsport.az xəbər verir ki, ev sahibinin baş məşqçisi Rəşad Sadıqov oyun haqda danışıb:

“Futbolçulara təşəkkür edirəm. Amansız mübarizə göstərdilər. İstəkli və aqressiv idilər. Yaxşı oyunlarımızdan birini keçirdik, rəqibimiz “Qarabağ” idi. Təəssüf ki, uduzduq. Çalışdıq, hesabı bərabərləşdirmək istədik. Alınmadı. Amma futbolçularımın bugünkü mübarizəsinə, istəyinə, əminliyinə görə fəxr etdim. Belə davam etməliyik. Qarşıda finala bərabər iki oyunumuz var”.

Həmin kateqoriyadan