Qitə çempionatı başlayır

Bu gün Monteneqronun Budva şəhərində yeniyetmə şahmatçılar arasında Avropa çempionatında ilk turun partiyaları oynanılacaq. 

Allsport.az xəbər verir ki, yarışda Avropanın 48 ölkəsindən 1169 şahmatçı mübarizə aparır. Qitə çempionatında Azərbaycanı 47 şahmatçı təmsil edir.

9 turdan ibarət Avropa çempionatında  8,10,12,14, 16 və 18 yaşlı qız və oğlanlar arasında qalib və mükafatçılar müəyyənləşəcək.

Həmin kateqoriyadan