Qızların rəqibləri bilinib

17 və 19 yaşadək qızlardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının yeni mövsümünün 2-ci mərhələsinin püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, millətlər liqası qaydasında təşkil olunan seçmə mərhələ oyunlarında müvafiq yaş qrupundan ibarət Azərbaycan millilərinin mübarizə aparacaq qrupları müəyyənləşib.

U-17 “B” liqasında Bosniya və Hersoqovina, Qazaxıstan və Monteneqro ilə birlikdə 2-ci qrupda yer alıb. Bu qrupun oyunları gələn ilin 22, 25, 28 martda Bosniyada təşkil olunacaq.

“B” liqasında qərarlaşan U-19 yığması 3 komandalı 5-ci qrupda qərarlaşıb. U-19 “A” liqasına vəsiqə qazanmaq uğrunda Slovakiya və Monteneqro ilə görüşəcək.Bu qrupun oyunları gələn ilin 5, 8, 11 apreldə Slovakiyada keçiriləcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish