Qurban Qurbanov: Azlıqda qalandan sonra da temp düşmədi

“Qarabağ” premyer liqanın 7-ci turunda səfərdə “Zirə” ilə 0:0 edib. Allsport.az saytı xəbər verir ki, matçdan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bunu deyib:

“Maraqlı oyun alındı. Xüsusilə də 2-ci hissə daha gərgin keçdi. Azlıqda qalandan sonra da temp düşmədi. Hər 2 komanda istəkli idi. Komandamdan razı qaldım.

Yorğunluq yox idi. Qarşıdakı oyunlar bizim üçün daha da çətin olacaq. Başqa yolumuz yoxdur. Futbolçularımızı həm çempionat, həm də avrokubok matçlarına kökləməliyik”.

Həmin kateqoriyadan