Qurban Qurbanov: Bu yenilgi mənə çox şey verdi

Bu gün Astanada Qazaxıstan millisi ilə beynəlxalq yoldaşlıq oyunu keçirən Azərbaycan millisi 0:3 hesabı ilə uduzub. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov affa.az-a açıqlamasında bunu deyib:

“İlk növbədə rəqibi həm yaxşı oyun, həm də qələbə münasibətilə təbrik edirəm. Bizə gəldikdə, danışılası çox şey yoxdur. Düşünürəm ki, komanda ilə çox danışacağıq. Bu oyun mənə çox şey verdi, bu qarşılaşmada çox məqamları gördüm.

Demək olar ki, oyunun ilk 20 dəqiqəsində məğlub olduq. Qalan vaxtlarda isə, təbii ki, rəqib daha inamlı idi, hücumları qurmaqda bizim üçün çətinlik yaradırdılar. Nəyin üzərində daha çox işləməli və nəyə daha çox diqqət ayırmalı olduğumuzu görməyim baxımından mənim üçün çox vacib görüş oldu”.

Həmin kateqoriyadan