Qurban Qurbanov: “Təkcə hesabı düşünməməliyik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsində “İnter”ə qarşı keçirdikləri ilk oyun barədə fikirini bölüşüb. Allsport.az saytı xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 4:0 hesablı qələbədən sonra bunları söyləyib:

“Düzünü deyim ki, belə qələbə qazanmağımıza baxmayaraq, səhvlərimiz oldu. Buna baxmayaraq, hər səhvdən sonra oyunçular vəziyyəti düzəldə bildilər. Dəfələrlə demişəm, biz hər matçda öz oyunumuzu daha da yaxşılaşdırmaq barədə düşünməliyik, təkcə hesabı düşünməməliyik.

Artıq növbəti vacib oyunlara hazırlaşmalıyıq. Maksim Medvedevlə Muarem Muaremin zədəsinə gəlincə, birincini risk edib meydana buraxmaq istəmədik. O, matç öncəsi məşqdə ayağında ağrılar hiss etdi. Mövsümün sonu olduğu üçün yorğunluq var. Futbol elə bir oyundur ki, problem istənilən vaxt yarana bilər”.

Həmin kateqoriyadan