- Baxış sayı: 20
- 14 Mart 2025 15:23
- Baxış sayı: 51
- Mart 13, 2025
- 0
DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Serbiya yığması daha bir itki ilə üzləşib.
Allsport.az xəbər verir ki, Filip Curiçiç oktyabrın 12-də millimizlə Belqradda keçiriləcək görüşdə iştirak etməyəcək. O, Lüksemburqla matçda sarı vərəqə alaraq cəzalı duruma düşüb.
İtaliyanın “Sassuolo” klubunun 28 yaşlı yarımmüdafiəçisi görüşün 45+3-cü dəqiqəsində seçmə mərhələdəki ikinci sarı vərəqəsini alıb.
Lüksemburqla oyunda sarı vərəqə alan Strahinya Pavloviç də cəzalı duruma düşdüyündən yığmamıza qarşı oynamayacaq.