- Baxış sayı: 45
- 27 Aprel 2025 20:20
- Baxış sayı: 69
- Aprel 28, 2025
- 0
U-23 Avropa çempionatının qızıl mükafatçısı Günay Qurbanova bu gün komanda ilə Vətənə dönüb. Allsport.az xəbər verir ki, o, Heydər Əliyev adına beynəlxalq hava limanında açıqlama verib:
“Yarış güclü, həyəcanlı və çox gərgin keçdi. Amma buna baxmayaraq, özümdə güc toplayıb, qalib gələ bildim. Çox sevinirəm. Hər bir idmançıya çempionluq hissini arzulayıram. Yarışa ancaq qızıl medalı almaq üçün hazırlaşırdım.
Məşqlərdə də əlimdən gələni edirdim ki, sonda sevinən tərəf mən olum. Finaldakı rəqibim titullu idi. Ancaq inanırdım ki, qalib gələcəyəm. Toğrul müəllim mənə inam bəxş etdi, “ən güclü sənsən” dedi. Finala çıxdım və qələbə qazandım”.