- Baxış sayı: 41
- 09 Mart 2026 23:46
- Baxış sayı: 296
- Mart 05, 2026
- 0

“Neftçi” premyer liqanın 23-cü turunda evdə “Turan Tovuz”a 0:1 yenilib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “xalq komandası”nın baş məşqçisi Yuri Vernidub gözlənilməyən məğlubiyyətə aydınlıq gətirib:
“Oyuna baxanda demək olmaz ki, məğlubiyyətə layiq idik. Ən azı, heç-heçə olmalıydı, qələbə də qazana bilərdik. Rəqib bir fürsəti dəyərləndirdi, biz isə yox. Bununla barışmaq və işləmək lazımdır.
Oyunda ümumən intensivlik var idi, amma ikinci hissə yaxşı alınmadı. “Turan Tovuz” zəif rəqib deyil, amma bu gün onlardan pis oynamadıq. Buraxdığımız bir qol oyunun taleyini həll etdi”.