Rabyo “Yuventus”a qayıdır?

“Yuventus” 2019-2024-cü illərdə futbolçusu olan Adriyen Rabyonu qaytarmaqda maraqlıdır.

Allsport.az xəbər verir ki, Rabyo daha əvvəl çıxış etdiyi “Marsel” klubu tərəfindən əvəzedici heyətə göndərilib.

Buna səbəb fransalının “Renn”lə matçda komanda yoldaşı Con Rou ilə dava etməsi olub.

“Qoca sinyora”nın baş məşqçisi İqor Tüdor Rabyonun komandanın mərkəz xəttini gücləndirə biləcəyinə inanır. Keçidin dəyəri 15 milyon avro ola bilər.

Adriyen Turin təmsilçisinin heyətində 212 oyun keçirib, 22 qol vurub və 16 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan