- Baxış sayı: 47
- 26 Dekabr 2024 18:24
- Baxış sayı: 37
- Dekabr 29, 2024
- 0
“Baku Fayt Lab” klubunun təşkilatçılığı ilə yeniyetmə boksçuların açıq turniri gərgin davam edir. Allsport.az saytı xəbər verir ki, mübarizəyə 20 klubdan 100-dək idmançı qatılıb. 2001-2002-ci il təvəllüdlü idmançıların mübarizə apardıqları turnirdə bu gün yarımfinallar başa çatıb.
“Boksçularımız yüksək ustalıq nümayiş etdirirlər. Yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalib və mükafatçıları bu turnirdə güclərini sınayırlar”. Bu sözü “Baku Fayt Lab” klubunun baş məşqçisi Rasim Məmmədov Azərtac.az-a deyib. Beynəlxalq yarışlarda mühüm uğurlar qazandıqlarını və ən güclü rəqiblərdən hesab edildiklərini söyləyən mütəsəssis əlavə edib:
“Azərbaycan boks məktəbi dünya şöhrətli idmançılar yetişdirib. “Baku Fayt Lab” klubunun açıq birinciliyi təşkil etməkdə məqsədi bu yaş qrupunda perspektivli idmançıları üzə çıxarmaqdır. Məşqçi korpusu yarışları diqqətlə izləyir. Böyük potensialı olan perspektivli yeniyetmə boksçuların beynəlxalq turnirlərdə iştirakı planlaşdırılır.