- Baxış sayı: 61
- 13 Noyabr 2026 13:26
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Ağır çəkidə keçmiş dünya çempionu Şennon Briqqs Mayk Tayson üzərində qələbə qazanan Ceyk Paulu döyüşə çağırıb.
Allsport.az xəbər verir ki, məşhur idmançı bu haqda öz açıqlamasında deyib:
“Ceyk əsl döyüşçülərdən gizlənir. Mənim 53 yaşım var, amma onun üçün çətin rəqib olacam. O, məni Taysonla bir tutmasın. Paulu nokaut edərəm”.
Briqqs sonuncu döyüşünü 2016-cı ilin mayında keçirib. O, Emilio Zarateni ilk raundda nokautla məğlub edib.