“Real” – “Bavariya” matçının ən yaxşısı

Çempionlar liqasının yarımfinal mərhələsinin cavab oyununda “Real Madrid” “Bavariya”nı məğlub edib.

Allsport.az xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda keçirilən görüş 2:1 hesabı ilə başa çatıb.

UEFA-nın versiyasına görə matçın ən yaxşı oyunçusu Madrid komandasının hücumçusu Vinisius Junior olub.

Qeyd edək ki, “Real”ın hər 2 qolunu 88 və 90+1-ci dəqiqələrdə Xoselu vurub.

Həmin kateqoriyadan