Robbi Kin “Qarabağ”la oyun barədə: “Matçın açarı bu 2 görüşdə qol buraxmamaq olacaq”

Macarıstanın “Ferençvaroş” klubu çempionlar liqasının pley-offunun ilk oyununda Budapeştdə “Qarabağ”ı qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Robbi Kin mətbuat konfransında bunu deyib:

“Hər 2 komanda çox bərabər oyun qüvvəsini təmsil edir. Bacardığımız və istədiyimiz kimi oynasaq, o zaman ciddi problemlər yarada bilərik. Təhlükəli və qol vurmağı bacaran futbolçularımız var. Rəqib çox yaxşı komandadır. Bilirəm ki, onlar son illərdə belə vəziyyətdə olmayıblar, bu həm futbolçular, həm də peşəkar heyət üçün böyük şeydir.

Güclü komanda ilə qarşılaşacağımızı bilirik, onların da fürsətləri olacaq, amma biz bəzən çox konsentrasiya olmalıyıq. Azarkeşlərindən xahiş edirəm ki, keçən dəfə “Ludoqoreç”lə qarşılaşmada hiss etdiyimiz enerjini stadiona gətirsinlər. Futbolçular sahib olduqları dəstəyi hiss etsələr, düşərgə ilk dəqiqələrdən arxada olsa, bizə çox kömək edilərr. Matçın açarı bu 2 görüşdə qol buraxmamaq olacaq”.

Oyun sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Həmin kateqoriyadan