Ronaldunun sevgilisi gileyləndi: Nə yazıq ki, 90 dəqiqə sənin oyunundan həzz ala bilmədik

Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges, Portuqaliya millisinin Dünya Kubokunun 1/8 finalında İsveçrəyə qalib gələrək 1/4 finala yüksəlməsi ilə bağlı fikrni bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşımında ulduz futbolçunun start heyətdə yer almamasına da toxunub:

“Təbriklər, Portuqaliya! 11 oyunçu himni oxuyarkən bütün gözlər sənin üzərində idi. Nə yazıq ki, 90 dəqiqə dünyanın ən yaxşı futbolçusunun oyunundan həzz ala bilmədik. Azarkeşlər səni dəstəkləməkdən və adını qışqırmaqdan əl çəkmirlər. Qoy Tanrı dostun Fernando (yığmanın baş məşqçisi Fernando Santuş) ilə əl-ələ gəzməyə davam etsin və bizə daha bir həyəcanlı gecə bəxş etsin”.

Ronaldo Portuqaliyanın 6:1 hesabı ilə qalib gəldiyi oyunun 74-cü dəqiqəsində meydana daxil olub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish