Rustavidə gürcülərə qalib gəldilər

Gürcüstanın Rustavi şəhərində təlim-məşq toplanışında olan U-18 Azərbaycan millisi hazırlıq çərçivəsində bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə ilk yoldaşlıq oyununu keçirib.

Allsport.az saytı xəbər verir ki, qarşılaşma 2:1 xeyrimizə başa çatıb. 46-cı dəqiqədə Tuncay Cəfərli və 60-cı dəqiqədə Eşqin Əhmədov fərqləniblər.

Bu komandalar arasında növbəti görüş oktyabrın 21-də olacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish