“Səbail” liqanın qalibi olub

AFFA tərəfindən təşkil olunan U-14 qızlar liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.

Allsport.az xəbər verir ki, “Səbail”in 14 yaşadək futbolçulardan ibarət komandası cari mövsümün finalında, “ASCO arena”da “Baku Sporting”lə qarşılaşıb.

Ev sahibləri Tahirə Rəcəb və Suel Polikarpovanın qolları ilə 2:0 hesabı ilə qalib gələrək qızıl medallara sahib çıxıb. Etibar Həsənovun rəhbərlik etdiyi kollektiv mövsüm ərzində keçirdiyi 21 qarşılaşmada 20 qələbə qazanıb, 1 məğlubiyyətə üzülüb.

“Səbail” bu oyunlarda ümumilikdə 130 qol vurub və öz qapısından 6 top buraxıb.

Həmin kateqoriyadan