“Səbail”in futbolçusu Latviya klubunda

“Səbail”in futbolçusu Orxan Qurbanlı karyerasını Latviyada davam etdirəcək. Allsport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “Dauqavpils” klubuna keçib.

Orxab bu klubda mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.

“Neftçi”nin yetirməsi 2016-cı ildə də “Dauqavpils”də çıxış etmişdi.

Həmin kateqoriyadan