“Səbrli olduq, fürsətlərimizdən istifadə edə bildik”

Azərbaycan kubokunda yeni mövsümə start verilib. Allsport.az saytı xəbər verir ki, ilk oyun günündə “Turan Tovuz” səfərdə “Şamaxı”nı 1:0 üstələyib. Mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov bunu deyib:

“Komandamı, azarkeşlərimizi təbrik edirəm. Çətin oyun oldu. “Şamaxı” son oyunlarda çox yaxşı təsir bağışlayır, xal, qələbələr qazanır. Kubok oyunu tam başqa bir atmosferdir.

Oyunun gərgin keçəcəyini bilirdik. Səbrli olduq, fürsətlərimizdən istifadə edə bildik. Qarşıda çempionat oyunu var. Bu oyuna köklənəcəyik. Hər iki komandaya uğular”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish