- Baxış sayı: 32
- 26 Dekabr 2024 23:11
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov premyer liqanın 16-cı turunda evdə “Zirə” ilə keçirdikləri oyundan sonra açıqlama verib. Allsport.az xəbər verir ki, 41 yaşlı mütəxəssis 2:2 hesabı ilə başa çatan oyunu şərh edib:
“Həftə ərzində futbolçularımıza “Zirə”yə qarşı necə oynayacaqlarını aşılamağa çalışdıq. Mənə elə gəlir ki, ilk yarıda oyunumuz daha yaxşı alındı. Futbolçular həm aqressiv, həm də taktiki cəhətdən düzgün oynadılar. Bu cür kollektivə qarşı oynamaq asan deyil.
Futbolçular bunu dərk etdilər. Rəqib 10 nəfərlə qaldıqdan sonra daha da aqressivləşdi və adi səhv qapımızda qolla nəticələndi. Bugünkü istəyi komandada saxlamağa çalışacağıq. Hər şey bu oyunla bitmir. Əlbəttə, qalib gəlsəydik, daha yaxşı olardı. Amma alınmadı. İnanıram ki, bu cür komanda ruhu bizə qələbələr gətirəcək”.