- Baxış sayı: 92
- 15 Fevral 2026 12:42
- Baxış sayı: 271
- Fevral 13, 2026
- 0

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk partiyaları keçirilib.
Allsport.az xəbər verir ki, ¼ finalda rəmzi ilk gedişi Azərbaycan şahmat federasiyasının prezidenti, beynəlxalq şahmat federasiyasının vitse-prezidenti Mahir Məmmədov edib.
Yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov qara fiqurlarla Əhməd Əhmədzadəni məğlub edib. Rauf Məmmədov-Read Səmədov, Məhəmməd Muradlı-Eltac Səfərli, Aydın Süleymanlı-Nicat Abbasov görüşlərində heç-heçə qeydə alınıb.
Qadınların yarışında Ülviyyə Fətəliyeva qara fiqurlarla Səbinə İbrahimovanı, Ayan Allahverdiyeva Günay Məmmədzadəni üstələyib. Ağ fiqurlarla mübarizə aparan Türkan Məmmədyarova Nərmin Abdinovaya qalib gəlib. Xanım Balacayeva-Gülnar Məmmədova görüşündə bərabərlik olub.
Bu gün ¼ final mərhələsinin ikinci partiyaları oynanılacaq. Çempionata fevralın 22-də yekun vurulacaq.
Yarışın ümumi mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.