- Baxış sayı: 38
- 19 Fevral 2026 16:58
- Baxış sayı: 408
- Fevral 16, 2026
- 0

“Bizim çox gözəl dəniz istirahət zonalarımız, xizək zonalarımız var. Güclü infrastruktur yaradılıbdır”. Allsport.az xəbər verir ki, bu sözü Azərbaycan prezidenti, milli olimpiya komitəsinin prezidenti İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.
“Yollar, dəmir yolları, 9 beynəlxalq hava limanı, yəni şəhərlər arasındakı bağlantılar da müasirləşir. Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur işləri görülür. Artıq orada da – Köndələnçay su anbarında, Suqovuşan su anbarında yarışlar keçirilir.
Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər. Yəni ölkəmizin bu cür inkişafı, o cümlədən idman sektoruna da müsbət təsir göstərir”, – dövlət başçısı qeyd edib.