- Baxış sayı: 32
- 09 Mart 2026 23:52
- Baxış sayı: 296
- Mart 05, 2026
- 0

Belarusun paytaxtı Minskdə 2015-ci il təvəllüdlü futbolçular arasında “Bizim gələcəyimiz” beynəlxalq turniri keçirilib.
Allsport.az xəbər verir ki, yarışda ölkəmizi “Sabah”ın U-9 komandası təmsil edib.
Azərbaycan futbolçuları turnirdə Belarusun BATE, “Minsk”, “Start” (Minsk), həmçinin Rusiyanın “Zenit” komandaları ilə birlikdə A qrupunda yer alıblar. “Sabah” qrup mərhələsində BATE (5:4) və “Start”ı (4:0) məğlub edib, “Minsk” (0:3) və “Zenit”ə (0:2) məğlub olub. Komandamız qrup mərhələsini 3-cü pillədə başa vurub.