“Sadəcə, qol çatışmadı”

“Qarabağ” premyer liqanın 14-cü turunda səfərdə yaxın izləyicisi “Sabah”ın müqavimətini qıra bilməyib. Allsport.az saytı xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qolsuz başa çatan matç barədə bunu açıqlayıb:

“Hər 2 komandanın futbolçularını təbrik edirəm. Çox baxımlı, dinamik oyun oldu. Sadəcə, qol çatışmadı. Qol, yaxud qollar olsaydı, daha maraqlı olardı. Ümumi götürdükdə, oyundan razı qaldım. Bu cür matçlar futbolçuların inkişafı üçün təkandır. Oyunçularımın xarakterindən razı qaldım. Sona qədər mübarizə apardılar. Bu məqam mənim üçün çox önəmli idi”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish