- Baxış sayı: 72
- 06 Fevral 2026 22:31
- Baxış sayı: 296
- Mart 05, 2026
- 0

Gənclər və idman nazirliyi tərəfindən bölgələrdə keçirilən səyyar “Sağlam həyat” layihəsi davam edir. Allsport.az xəbər verir ki, layihə çərçivəsində səyyar idman avtomobili 8 Noyabr – Zəfər günündə Ağdam rayonunun Quzanlı qəsəbəsində olub.
Mərkəzi parkda baş tutan tədbirə 150-dən çox iştirakçı qoşularaq müxtəlif idman növlərində normativləri yerinə yetirib, fiziki bacarıqlarını sınayıb. Qalib iştirakçılara sertifikatlar təqdim olunub.