- Baxış sayı: 40
- 21 Yanvar 2026 11:35
- Baxış sayı: 88
- Yanvar 21, 2026
- 0

İspaniyada qadın şahmatçılardan ibarət komandalar arasında dünya çempionatına yekun vurulub. Allsport.az xəbər verir ki, mötəbər yarışın finalında Azərbaycan və FİDE komandaları qarşılaşıb. Hər 2 görüşdə qarşı tərəf üstün olub (3:1; 2,5:1,5). Beləliklə Azərbaycan komandası tarixində ilk dəfə dünya çempionatında 2-ci yeri tutub.
Azərbaycan komandasında Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva iştirak edib. Kapitan İlahə Qədimova, məşqçilər Nicat Abbasov və Qədir Hüseynov olub.