“Şamaxı” da qardaş ölkəyə üz tutdu

“Şamaxı” qış təlim-məşq toplanışının ikinci mərhələsi üçün bu gün Antalyaya yollanıb. Allsport.az xəbər verir ki, 11 gün “Kamelya Selin” otelində məskunlaşacaq bölgə təmsilçisi bu müddətdə 3 yoxlama oyunu keçirəcək.

Yanvarın 11-də Qazaxıstanın “Kaysar” və Rumıniyanın “Botaşani” klublarıyla qarşılaşacaq “Şamaxı” toplanışın son matçında yanvarın 18-i Serbiyanın “Napredak” klubu ilə üz-üzə gələcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish