“Sanki komandalar heç fasiləyə yollanmayıb”

“Zirə” yoldaşılıq görüşündə “Araz Naxçıvan”a 2:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, matçdan sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov bunu deyib:

“Hər 2 komanda üçün ilk oyun idi. Buna baxmayaraq, sürətli, keyfiyyətli oyunun şahidi olduq. Qarşılaşma onu göstərdi ki, irəlidə bizi maraqlı mübarizə gözləyir. Hər 2 komandanən futbolçuları istəkli idi və qələbə qazanmaq üçün hər şeyi edirdilər.

Sanki komandalar heç fasiləyə yollanmayıb. Futbolçular böyük motivasiya ilə çıxış etdilər. Bu həm sevindirir, həm də mövsümün qalan hissəsinin necə gərgin və maraqlı keçəcəyini göstərir”.

Həmin kateqoriyadan