- Baxış sayı: 15
- 13 Mart 2026 16:51
- Baxış sayı: 461
- Mart 12, 2026
- 0

“Latsio”nun baş məşqçisi Mauritsio Sarrinin cari mövsümün sonunda paytaxt klubunu tərk edəcəyi gözlənilir.
Allsport.az xəbər verir ki, tərəflər arasındakı müqavilənin müddəti 2028-ci ilə qədər olsa da, yayda bu əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam veriləcəyi proqnozlaşdırılır.
Ayrılığın əsas səbəbi kimi mütəxəssislə rəhbərlik arasındakı münasibətlərin kəskin şəkildə pisləşməsi göstərilir.
“Latsio” 28 turdan sonra “A” seriyasında 37 xalla cədvəlin 10-cu pilləsində qərarlaşıb.