Sergey Kleşenko: Azərbaycan qələbəyə layiq idi

Azərbaycan millisi beynəlxalq yoldaşlı oyununda Kişinyovda “Zimbru” stadionunda Moldova futbolçularını 2:1 üstələyib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Sergey Kleşenko yenilgiyə belə şərh verib:

“1-ci hissədə oyunumuz alınmadı. Daim gecikirdik və top uğrunda mübarizələrdə uduzurduq. İkinci hissədə oyun həm qarşılıqlı anlaşma, həm də dinamika baxımından bir qədər dəyişdi.

2-ci hissədən daha çox razıyıq, amma oyun 2 hissədir. Təəssüf ki, Azərbaycan millisi bu matçda qalib gəldi. Məncə, onlar qələbəyə layiq idilər”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish