- Baxış sayı: 31
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 227
- Fevral 04, 2026
- 0

“Elçe” “Leypsiq”dən ayrılan Andre Silvanı heyətinə qatıb.
Allsport.az xəbər verir ki, İspaniya klubu portuqaliyalı hücumçu ilə 1 illik müqavilə imzalayıb.
29 yaşlı futbolçu son mövsümün ikinci yarısını “Verder”də keçirib. O, Almaniya çempionatında meydana çıxdığı 15 matçda iki qol iki məhsuldar ötürmə müəllifi olub.
Silva daha əvvəl “Portu”, “Milan”, “Sevilya”, “Ayntraxt Frankfurt” və “Real Sosyedad” kimi klublarda da oynayıb.